Poğaça ya Pirojki

20m
Serves 8
instagram.com

Directions

  1. 1Kərə yağı istisna olmaqla xəmir üçün olan bütün ərzaqları bir qabda yaxşıca yoğururuq.
  2. 2Ən sonda kərə yağını əlavə edib xəmirlə birləşənədək yoğurmağa davam edirik.
  3. 3Xəmirin üzərini örtüb mayalanması üçün gözlədirik.
  4. 4Mayalanmış xəmiri 8 hissəyə bölüb əllə və ya oxlovla nazik yayırıq.
  5. 5Ortasına içlik əlavə edib bükürük.
  6. 6Hazırladığımız poğaçaları kakao və undan ibarət qarışıma batırıb, əvvəlcədən 170 dərəcədə qızdırılmış sobanın alt rəfində ümumilikdə 20-25 dəqiqə bişiririk.

Ingredients

  • 2.5 stəkan un
  • 1 armudu stəkan (170 ml.) ılıq süd
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı quru instant maya
  • 1 çay qaşığı duz
  • 1 dolu çay qaşığı kərə yağı
  • 1 çay qaşığı kakao
  • 1 yemək qaşığı un
  • 4 ədəd qaynadılmış kartof
  • Əriyən hər hansı pendir

Equipment

qaboxlovsoba

Tips

  • İçliyi ölçülü şəkildə əlavə etsəniz, bişmə zamanı dağılma və axma olmayacaq.